Maide.az

Yataqxanada baş verən yanğında özünü binadan atan şəxsin kimliyi bilindi

Bakının Xətai rayonu, Babək prospektində məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı özünü 5-ci mərtəbədən atan şəxsin kimliyi məlum olub.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, özünü atan şəxs həmin binada məskunlaşan 1960-cıl il təvəllüdlü Məstanov Kazım Sevindil oğludur.   Həmin şəxs binanın 5-ci mərtəbəsində yanğının əhatəsində qaldığından qorxaraq özünü pəncərədən atıb. K.Məstanov 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.