Maide.az

Yasamalda bank yaxınlığında partlayış

Aprelin 24-də səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında -  “Xalq bank”ın baş ofisinin yaxınlığında partlayış olub.   Maide.Az bildirir ki, Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə bildiriblər ki, partlayış avtomobil qarajlarından birində baş verib. Xəsarət alan yoxdur. Ancaq yaxınlıqdakı digər qarajlara və ərazidəki bəzi avtomobillərə ciddi ziyan dəyib.   Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir.   Hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə yerindəaraşdırma aparılır. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.