Maide.az

Yarım milyona yaxın suriyalı evinə qayıdıb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı müharibə səbəbindən evindən didərgin düşən suriyalılardan 471 min nəfərin 2017-ci ildə evlərinə geri qayıtdığını açıqlayıb.   Onlardan 440 mini Suriyanın müxtəlif bölgələrindən, 31 mini isə başqa ölkələrdən geri qayıdıb.   Qaçqınların geri qayıtmasına səbəb İŞİD-ə vurulan ağır zərbələr və bir çox bölgənin, xüsusilə Hələb, Homs, Həma və Şamın terrorçulardan təmizlənməsidir. (qafqazinfo) /