Maide.az

Yarmarka, bahalaşma, gəlirlər və Novruz bayramı

"Novoye Vremya" qəzetində  "Kənd təsərrüfatı yarmarkaları formallığa dönüb" sərlövhəli yazı diqqət cəlb edir.   Müəllif məqsədi Novruz bayramı ərəfəsində ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərində ucuzluq yaratmaq olan yarmarkaların bu məqsədə qulluq etmədiyini bildirir və bunu müzakirə müstəvisinə gətirir.   Müəllif iddia edir ki, bayram yaxınlaşdıqca qida məhsulları da günbəgün bahalaşır: "Artıq indidən yunan qozunun bir kiloqramı 15-20 manat, fındıq 10-12 manat, fıstıq 10-13 manat, şabalıd 8-10 manat, xurma 5-20 manat, innab 3-5 manat, kişmiş 3-10 manat, qalanlar da bu həddədir. Amma məsələ bundadır ki, yarmarkalarda qiymətlər supermarketlərdə, bazarlarda olan qiymətlərdən heç nə ilə fərqlənmir".   Müəllif vurğulayır ki, Sumqayıtda kənd təsərrüfatı yarmarkalarındakı satış qiymətləri şəhər sakinlərini məyus edib, belə ki, buradakı qiymətlər bazar və ya başqa nöqtələrdən fərqli deyil: "Süni bahalaşmaya qarşı mübarizə səmərəli deyil, rəqabət mühiti olmayana kimi qiytmətləri endirmək mümkün deyil. Kənd Təəsrrüfatı Nazirliyi qiymətlərə güclü nəzarət edildiyini deyərək bahalaşma olmayacağı zəmanəti verirdilər. İndi qiymət bahalığını nazirlik dünyada bir çox məhsulların bahalaşması ilə izah edir. Ona görə ki, indi bahalığı dünya bazarındakı meyllərlə əsaslandırmaq ən asan yoldur".   Müəllif deyir ki, bu meylin olduğunu heç kəs inkar etmir, amma yerli məhsulların bahalaşmasının səbəbi aydın deyil, yəni, dünya bazarndakı meyl bahalaşmanın yeganə mənbəyi deyil, burada inflyasiya meyli də var.   Müəllif bu qiymət bahalaşması fonunda əhalinin gəlirlərinin artmasını önə çəkərək, gəlir artımının bahalaşmadan çox geri qaldığını bildirir: "2017-ci il iyulun 1-nə orta aylıq əmək haqqı 457,2 manat olub ki, bu da 2016-cı il ilə müqayisədə 4% artım deməkdir. 2017-ci ilin 7 ayı ərzində adambaşına düşən real gəlir 2254,3 manat olub, bu da 5,2 faiz artım deməkdir, halbuki, bu artım 2016-cı ildə 6,6%, 2015-ci ildə isə 12,2% təşkil edib. Göründüyü kimi, qida məhsullarının bahalaşması əahlinin gəlirlərini üstələyir".   Müəllif əhalinin əksər hissəsinin gəlirlərinin çoxunun məhz ərzağa xərcləndiyini, əhalinin həyat tərzinə ciddi təsir göstərdiyini deyərək, bunu əsas göstərici adlandırır.   Müəllif deyir ki, bütün bu amillər ona gətirib ki, idxal malları da, habelə xaricdən gətirilən materiallar hesabına istehsal olunan yerli məhsullar da hiss ediləcək dərəcədə bahalaşıb.   Müəllifə görə, burada sürətli qiymət bahalaşmasının cilovlanması idxal mallarını əvəz edəcək məhsulların axtarışında və yerli istehsalın artımındadır.   Amma müəllif məyusluq içində ölkə məmurlarının yenə də cərimə və qiymətləri bahalaşdırmaq kimi yüngül yolla getdiklərini iddia edərək, məmurların ölkə əhalisinin Novruz bayramı ilə bağlı hansı çətinlikləri yaşadıqlarını bilmədiklərini söyləyir.(contact.az)