Yaponiyalı Quran xəttatı - FOTO
Yaponiyalı xəttat Qurani-Kərim ayələrinin möhtəşəm xəttatlığı ilə dünya şöhrəti qazandı. Maide.Az “Sputnik”ə istinadla xəbər verir ki, Fuad Kuichi Honda ərəb xəttatlığının ustası və Daito Bunka Universitetinin professorudur. 1946-cı ildə Yaponiyanın paytaxtı Tokyonun cənubundakı Kanagawa prefekturasında anadan olmuş, Tokio Xarici Dillər Universitetinin ərəb bölməsini bitirmişdir. Beynəlxalq ərəb xəttatlığı müsabiqəsinin fəxri mükafatı da daxil olmaqla bir çox mükafatların sahibidir. 2000-ci ildə Honda "ijaza" adlandırılan və dərs vermək hüququ verən türk ustası Həsən Çələbidən diplom aldı. Yaponiyalı xəttatın əsas əsərləri - "Bələdçi: Yeni başlayanlar üçün ərəb dilinin lüğəti", "Ərəb dilinə giriş", "Ərəb dilində yazmağa və oxumağa çalışırıq" kitabları, "Ərəb Xəttatlığı Dünyası" xəttatlıq əsərlər toplusudur.