Maide.az

Yaponiyada zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb

Yaponiyanın şimal-qərbində baş verən zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb.   Maide.Az Trend-ə istinadla xəbər verir ki, Yamagata prefekturasında 6.7 bal gücündə zəlzələ dörd prefekturaya təsir göstərib.   Qeyd edilir ki, onalrdan birinin xəsarəti ağırdır. Məlumata görə, 17 nəfər Yamaqata prefekturasında xəsarət alıb. Habelə 4 nəfər Niiqatada, daha 4 nəfər Miyaqi və İsikava prefekturalarında xəsarət alıblar.    Agentliyin xəbərinə görə, təbii hadisə zamanı itkin düşənlərin olması barədə məlumat yoxdur.