Yaponiyada zəlzələ qurbanlarının sayı 19 nəfərə çatıb
Yaponiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. Daha öncə 9 nəfərin öldüyü bildirilirdi. Maide.az xəbər verir ki, bildirilir ki, xəstəxanalara 800-dən çox yaralı gətirilib. Qeyd edək ki, Yaponiyanın Kumamoto əyalətində iki dəfə 6,2 və 7,3 bal gücündə zəlzələ baş verib. Bildirilir ki, baş vermiş birinci zəlzələ nəticəsində xəsarət görmüş binalar ikinci zəlzələ zamanı ciddi xəsarət alıb. Cümə günü baş vermiş zəlzələ nəticəsində Aso dağında vulkanın püsgürməsinə səbəb olub. Son iki sutka ərzində Yaponiyanın cənubunda 236 yeraltı təkan qeydə alınıb.