Maide.az

Yaponiyada zəlzələ qurbanlarının sayı 9-a çatıb-VIDEO

Aprelin 14-də Yaponiyanın cənubunda güclü zəlzələ baş verib, azı 9 nəfər həlak olub. Zəlzələdən yanğınlar törənib, yüzlərlə adam xəsarət alıb. Xilasedicilər bütün gecəni dağıntılar altında qalanları axtarıblar.   Maide.az xəbər verir ki, 6 bal gücündəki zəlzələ bəzi binaları dağıdıb. Enerji zavodlarında problem olmadığı bildirilir.   NHK televiziyası sunami xəbərdarlığının olmadığını söyləyib. Televiziya azı 400 nəfərin xəstəxanalarda müalicə aldığını əlavə edib.   Ölü sayının artacağı gözlənilir. .   Kyuşu adasında zəlzələ nəticəsində on minlərlə insan evini tərk edib.