Yaponiyada vertolyot qəzasında ölənlərin sayı 9-a çatıb
Yaponiyanın Qumma prefekturasında xilasedici vertolyot qəzaya uğrayıb. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, qəza nəticəsində 9 heyət üzvü həyatını itirib. Bildirilib ki, Kusatsu-Sirane aktiv vulkanı ərazisində vertolyotla rabitə pozulub. Gün ərzində xilasedicilər vertolyotu aşkar edə biliblər. Qeyd olunub ki, vertolyotun qəzaya uğramasının səbəbi pis hava şəraiti ola bilər. Qara qutular hələ də aşkar olunmayıb.