Maide.az

Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanıb, xəsarət alanlar var - VİDEO

 Yaponiyanın "Japan Airlines" hava şirkətinə məxsus "Boeing 767" sərnişin təyyarəsi Tokio-Honkonq reysini həyata keçirən zaman yanıb.   Maide.Az "Report"a istinadən xəbər verir ki, bu səbəbdən təyyarədəki 137 nəfər dərhal təxliyyə edilib. Onlardan 3-ü tüstüdən zəhərlənib. Zərərçəkənlərə tibbi yardım göstərilib.   İlkin məlumata görə, yanğın təyyarənin köməkçi blokunda baş verib.