Maide.az

Yaponiyada qasırğa ciddi fəsadlar törədib

  Yaponiyanın Küsü və Sikoku adalarının hava limanlarında “Malakas” qasırğası ilə əlaqədar 100-dən çox uçuş ləğv edilib, 32 min sakin bölgədən təxliyə edilir.   APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qasırğanın yaxınlaşması ilə əlaqədar dağlıq Tokusima prefekturasında 30 000, Koti prefekturasından isə 3 minədək insan təxliyə ediləcək.   Məlumata əsəsən, “Malakas” qasırğası 246 min evi elektrik enerjisiz qoyub, bir sıra ərazilərdə daşqınlar yaradıb.   Meteoroloqlar qasırğanın daha da güclənəcəyini ehtimal edirlər. |