Maide.az

Yaponiyada qar uçqunu nəticəsində 6 məktəbli ölüb

Yaponiyanın Totiqi prefekturasında baş verən qar uçqunu nəticəsində 6 məktəbli ölüb.   APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 məktəbli xəsarət alıb, daha 3-ü itkin düşüb.   Qar uçqununun Nasu şəhəri yaxınlığında baş verdiyi bildirilir. Bu zaman xizəksürmə yamacında 50-dək məktəbli olub. Hazırda hadisə yerində xilasetmə tədbirləri davam etdirilir. /