Maide.az

Yaponiyada iki güclü zəlzələ baş verib

Mayın 10-da Yaponiyanın Kyüşü adası sahillərində təqribən bir saat ərzində iki güclü zəlzələ baş verib.   Maide.Az "azərtac"a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.   5,6 bal gücündə birinci güclü zəlzələ yerli vaxtla saat 7:43 dəqiqədə qeydə alınıb. Onun episentrinin Miyazaki şəhərindən 22 kilometr cənubda, ocağının isə 30 kilometr dərinlikdə yerləşdiyi bildirilir.   İkinci 6,3 bal gücündə zəlzələ isə yerli vaxtla saat 8:48 dəqiqədə baş verib. Bu zəlzələnin episentri Miyazaki şəhərindən 39 kilometr şərqdə, ocağı 40 kilometr dərinlikdə yerləşib.   Dağıntılar və zərəçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.