Maide.az

Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın Hokkaydo adasından 99 km məsafədə 7 bal gücündə zəlzələ baş verib.   “Report”un xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.   Bakı vaxtilə saat 14:33-də qeydə alınan yeraltı təkanın episentri 163 km dərinlikdə olub.   Ölən və yaralılar barədə məlumat verilmir.   Rəsmilər sunami təhlükəsinin olmadığını açıqlayıblar.