Yaponiyada İŞİD-in ələ keçirdiyi girovla bağlı fövqəladə toplantı - VİDEO
Maide.az-ın məlumatına görə, İŞİD terror təşkilatının yapon girov Kendzi Qoto ilə bağlı növbəti videosunu yaydıqdan sonra Yaponiya hökuməti fövqəladə iclas keçirir. Xatırladaq ki, kadrlarda ələ keçən jurnalist terrorçuların tələbini səsləndirib. «Vəziyyət əvvəlki kimi ağır olaraq qalır. Digər ölkələrlə birgə biz Qotonun təcili azad olunması üçün çalışırıq. Bizim kursumuz dəyişməyib», - deyə Yaponiyanın baş naziri Sindzo Abe iclasda bildirib.