Yaponiyada şagirdlər arasında Quran yarışması keçirilib
Yaponiyada bu ölkənin İslami Vəqflər Birliyinin dəstəyi ilə məktəb şagirdləri arasında Quran yarışması keçirilib. Maide.az xəbər verir ki, bu yarışlarda 186 şagird iştirak edib. Yarışda həm qızlar və həmdə oğlanlar iştirak edib. Onlar Quranın bütün surələrinin, 5 cüzünün, iki cüzünün, bir cüzünün, bir surəsinin əzbərlənməsi və eləcə də Quranın gözəl tilavəti üzrə bir-birləri ilə yarışıblar. Yarışın sonunda qaliblərə mükafatlar təqdim olunub. /