Maide.az

Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Kumamoto əyalətində 7,1 bal gücündə zəlzələ baş verib.   APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib.   Qeyd edək ki, Kumamoto şəhərində 740 min əhali yaşayır. Əyalətdə sunami təhlükəsi elan edilib.   Xatırladaq ki, ötən  gün də Yaponiyada  zəlzələ  baş vermişdi. Ötən gün Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 860 nəfər xəsarət almışdı.