Maide.az

Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

Sunami, dağıntı və tələfat barəsində məlumat verilmir Sakit okeanın Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. "Report" "TASS" agentliyinə istinadən məlumat verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti xəbər yayıb. Məlumata görə, zəlzələnin episentri Xatidze adasından şimalda, zəlzələ ocağı 496 kilometr dərinlikdə yerləşib. Sunami, dağıntı və tələfat barəsində məlumat verilmir. /