Maide.az

Yaponiyada 100 min adam təxliyə xəbərdarlığı aldı

Yaponiyanın şimal-qərbində Niiqata prefekturasında 100 mindən artıq sakin təcili təxliyə barədə xəbərdarlıq alıb.   Son günlər aramsız yağan yağışlar səbəbindən Yaponiyanın bu ərazisi sürüşmə təhlükəsi ilə üz-üzə qalıb.   Sürşmə baş verən rayonlarda isə son günlər 34 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü barədə məlumat verilib.   Sinoptiklər ölkənin bu bölgəsində, xüsusən şimal-şərqdə Fukusima prefekturasında güclü yağışların hələ davam edəcəyi barədə proqnoz verib. (trend)