Yaponiyada "Aşuradan Ərbəinə kimi" adlı tədbir keçirilib
Yaponiyanın Tokio şəhərində “Aşuradan Ərbəinə kimi” adlı tədbir keçirilib. Maide.Az İQNA-a istinadla xəbər verir ki, tədbir ötən gün yerli vaxtla saat 15:00 –dan 17:30-dək davam edib. Tədbirdə elm adamları, jurnalistlər və bir sıra ictimai –dini xadim iştirak edib. Çıxış edənlər Aşura hadisəsinin və Ərbəin ziyarətinin tarixi haqqında danışıb. İmam Hüseyn (ə) qiyamının fəlsəfəsindən bəhs ediblər. Qeyd edək ki, tədbi İranın Yaponiyadakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə keçirilib.