Maide.az

Yaponiya İŞİD-in təklifini qəbul etdi

İŞİD-in girov götürdüyü Yaponiya vətəndaşının sərbəst buraxılması üçün irəli sürdüyü şərt qəbul edilib.   Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, İŞİD qruplaşması girov qarşılığında İordaniyada edama məhkum edilmiş Sacidə Rişavinin azad edilməsini tələb etmişdi.   Yaponiyanın İordaniyadakı səfirliyinin açıqlamasına görə, S.Rişavi azad edilərək İŞİD-ə təhvil veriləcək.   Qeyd edək ki, ötən həftə girov götürdüyü iki Yaponiya vətəndaşının azad edilməsi üçün 200 milyon dollar istəyən İŞİD razılıq əldə olunmadığından girovlardan birini öldürmüşdü.   S.Rişavi 2005-ci ildə Əmmanda 3 hoteli partladaraq 60 nəfərin ölümünə səbəb olan hücumda iştirak edib. /