Maide.az

Yaşınıza görə ideal yuxu saatı

Sağlam yuxu bizim həyatımızın ən önəmli məsələlərindən biridir.   Maide.Az deyerler.org-a istinadən bildirir ki, hər yaş qupunda olan insanlar üçün yuxu müddəti dəyişir. İndi isə, gəlin yaşınıza görə ideal yuxu saatınızı öyrənək:   - 3 aya qədər yenicə dünyaya gələn bir körpənin hər gün 14 ilə 17 saat yatması lazımdır, amma bu rəqəmlər 12 ilə 18 saat arasında dəyişə bilər. - 4 aydan 11 aya qədər olan uşaqların 12 ilə 15 saat arası yatması lazımdır. - 1 və 2 yaş arasında yeriməyə təzə başlayan uşaqların 11-14 saat yatmaları tövsiyə edilir. - 3 ilə 5 yaş qrupuna aid və məktəbə hələ başlamayan uşaqlar üçün gündə 10-13 saat yuxu sağlam şərtin olması kimi qəbul edilir. - Məktəb dövrünə daxil olan 6-13 yaş arasındakı uşaqlar üçün 9 ilə 11 saat arası yuxu tövsiyə edilir. - 14 -17 yaş qrupuna aid olanlar üçün tövsiyə edilən yuxu müddəti isə 8 ilə 10 saat arasıdır. - Yeniyetməlik dövrünün başa çatıb, yetkinlik dövrünün başladığı 18 yaşından 64 yaş arasında olan insanlar üçün 7-9 saat ideal yuxu vaxtıdır. - 65 yaşını keçənlərə isə 7 ilə 8 saat yatmaq lazımdır.