Maide.az

Yanvar-aprel aylarında 3 faizlik inflyasiya

  Dövlət Statistika Komitəsi 2020-ci ilə aid yeni makroiqtisadi göstəricilər yayıb.   Maide.Az "Novator.az" a istinadla xəbər verir ki,  rəsmi hesabata görə, yanvar-aprel aylarında ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artaraq 22 milyard 400,5 milyon manat dəyərində olub.   Adambaşına ümumi daxili məhsul 2249,7 manat göstərilir.   2019-cu ilin ilk dörd ayı ilə müqayisədə sənayedə 3%, kənd təsərrüfatında 3,8% yüksəlişin qeydə alındığı vurğulanır.   Açıqlamaya əsasən, ötən ilin ilk dörd ayına nəzərən sərmayə qoyuluşunda 0,5%, nəqliyyat sektorunda yük daşınması üzrə 4,1%, sərnişin daşınması üzrə 18,9%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 9,7%, pərakəndə ticarət dövriyyəsi üzrə 1,9% geriləmə, informasiya və rabitə xidmətləri üzrə 8,4% artım var.   Dörd ayda dövlət büdcəsinə 9,5 milyard manatın daxil olduğu, büdcədən 7,2 milyard manatın xərcləndiyi, əhalinin nominal gəlirlərinin 1,3% artdığı vurğulanır.   Rəsmi məlumata görə, yanvar-aprel aylarında 3%-lik inflyasiya gedib.   Aprelin 1-nə muzdla çalışanların orta əməkhaqqının 744,5 manata yüksəldiyi bildirilir.