Maide.az

Yanğında zərər çəkən jurnalistə yardım edildi

Mayın 19-da Binəqədi rayonunda baş verən yanğın zamanı zərərçəkən jurnalist Sevinc Fədaiyə 7500 manat ödənilib.   Maide.az xəbər verir ki, bunu modern.az saytına Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.    O bildirib ki, bu gün ev sahibinin və jurnalistin razılığı əsasında belə bir qərara gəlinib: “Mənə bildirdilər ki, jurnalist Sevinc Fədai bu gün öz razılığı ilə 7500 manat alıb”.    Jurnalist Sevinc Fədai sözügedən binada kirayədə yaşayırdı.