Yanğında ölənlərin sayı 15-ə çatdı
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar son məlumatlar açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb. Yanğın nəticəsində ümumilikdə 64 nəfər xəsarət alıb.