Yanan şəlalə; təbiətin möcüzəsi - FOTO
Bəzi vaxtlar təbiət göz oxşayan mənzərələr yaradır ki, insanın inanmağı gəlmir.İndiyə kimi yanan şəlalə haqqında nəsə eşitmisiz? Kalifornianın Yosemite Milli Parkında bu gözəl şəlaləni görmək mümkindir. Şəlalənin hündürlüyü 153 metrdir və şəlalə yalnız ildə bir dəfə belə yanır. Hər il fevral ayının sonlraında gün batan çağı günəş şüaları şəlalənin üzərinə düşür və insanda belə təsəvvür yaranır ki, bu şəlalə od tutub yanır. Maide.az aşağıda təbiətin bu şah əsərinin şəkillərini təqdim edir: