Yanacaq tankeri ilə sərnişin avtobusu toqquşdu: 36 nəfər həyatını itirdi
Əfqanıstanın cənubunda yanacaq tankeri ilə sərnişin avtobusu toqquşması nəticəsində 36 nəfər həlak olub, 20 nəfər yaralanıb. Maide.Az xəbər verir ki, rəsmilərin bildirdiyinə görə, hadisə bu gün səhər Əfqanıstanın cənubunda Zabul əyalətinin Shamlazo bölgəsində baş verib. Zabul əyalətinin valisi Bismillah Əfğanmal deyib ki, sərnişin avtobusu Qəndəhardan Kabilə gedirmiş ki, yolda yanacaq tankeri ilə toqquşub. “Hadisə zamanı 36 nəfər ölüb, 20 nəfərdən çox insan isə yaralanıb. Ölənlərin çoxu qadınlar və uşaqlardır. Cənazələr yandığı üçün onların kimliyini aydınlaşdırmaqda çətinlik çəkirik”. Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, bir neçə həftə öncə də yanacaq tankeri ilə sərnişin avtobusu Əfqanıstnaın şərqində Qəzni əyalətində toqquşmuşdu və bu hadisə zamanı 73 nəfər həyatını itirmişdi. Qəzalara səbəb Əfqanıstanda maqistral yolların sıradan çıxması və sürücülrəin yol hərəkəti qaydalarına diqqət etməməsi səbəbindən baş verdiyi bildirilir.