Maide.az

Yanacaq daşıyan maşının aşması nəticəsində Ələt-Astara magistralı bağlanıb

Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.   Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı minik avtomobili ilə ZİL markalı benzin daşıyan maşınla toqquşub.   Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb.    Hazırda Ələt-Astara magistralı bağlanıb.   Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür. (apa) /