Maide.az

Yağışlardan sonra cənub bölgəsində sürüşmə aktivliyi artıb - FOTO

Lənkəran-Lerik yolunda yenindən sürşmə aktivliyi qeydə alınıb.   Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, yolun 27-29-cu kilometrliyyində yağışların təsirindən yamac boyu uçqun hadisələri artıb.   Belə ki, həmin yolun 45-47-ci km-də yolda uçqun, yolun hər iki hissəsində isə çökmə-oturma və səthi yuyulmalar müşahidə edilib.   Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində sürüşmə aktivliyi, Lənkəran-Lerik avtomobil yolunun 17-19 km-də yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yol boyu yamac hissəsində səthi yuyulma prosesi qeydə alınıb.   Lənkəran rayonunun Gəgiran kəndi ərazisində sürüşmə və uçqun baş verib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrində isə sürüşmələr artıb.