Maide.az

Yağış gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:   Bakıda və Abşeron yarımadasında    Sentyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.    Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.   Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.   Azərbaycanın rayonlarında   Sentyabrın 11-də havanın əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.    Gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq. /