Maide.az

Yəmənlə bağlı növbəti dəfə həyəcan təbili çalındı

Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə Yardım Kordinasiyası Ofisi (red- OCHA)  bu ölkə ilə bağlı məlumat yayıb.    Məlumatda vurğulanır ki, Yəməndə 15 milyondan çox insanın içməli suya, qidaya və humanitar yardımlara ehtiyacı var.   "Bu insanlardan 8 milyonun vəziyyəti daha ağırdır. Yardımlar təcili olaraq edilməsə insanların durumu pisləşəcək", - deyə məlumatda diqqətə çatdırılıb.   Qeyd olunub ki, Yəmən üçün hal hazırda ciddi heç bir iş aparılmır. / Eastnews/