Maide.az

Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var

Fələstinin işğal olunmuş ərazisində Beytləhm şəhərində yəhudi sionist avtobusu fələstinli fəhlələrin üzərinə sürüb.    Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  hadisə nəticəsində bir fələstinli həlak olub,  15 fələstinli isə yaralanıb.      Məlumata görə, hadisə bu gün səhər Beytlahimin şimal girişindəki "300" adlı nəzarət-buraxılış məntəqəsində baş verib.    Sionist sürücü avtobusu nəzarət-buraxılış məntəqəsindən keçmək istəyən fələstinli işçilərin üzərinə qəsdən sürüb. Sosial şəbəkələrdə yayılmış video görüntüdə işğalçı rejimin bu vəhşi hücum nəticəsində yaralanan fələstinlilərə tibbi yardım göstərmədiyi əks olunub.