Yəmən: Səna hava limanının mühasirədə saxlanılması sutkada 25 xəstənin ölümünə səbəb olur
Səudiyyə koalisiyası tərəfindən mühasirəyə alındığı üçün Səna beynəlxalq hava limanını bağlı qalır. Təcavüzkar koalisiyasının bu addımına görə, gündəlik 25-dən çox yəmənli xəstə həyatını itirir. Maide.Az “Əl-Aləm”ə istinadla xəbər verir ki, bunu Səna beynəlxalq hava limanının direktoru Xalid əl-Şaif deyib. Onun sözlərinə görə, artıq yeddi aydan çoxdur ki, İordaniyaya müalicə üçün köçürülən 30 Yəmən vətəndaşını geri qaytarmaq mümkün deyil. Səna beynəlxalq hava limanının direktoru beynəlxalq ictimaiyyəti təcavüzkarlara qarşı ciddi ölçü götürmədiyinə və yəmənli yaralılara və xəstələrə yardım etmədiklərinə görə tənqdi edib və bildirib ki, beynəlxalq ictimaiyyət Yəməndə dərman çatışmazlığının aradan qaldırılması üçün dərman idxal etmək və ya xaricə xəstələrin daşınması ilə bağlı hər hansı ciddi addım atmır. X.Əl-Şaif, 30 mindən çox Yəmən vətəndaşının hələ də xaricdə müalicəsinin davam etməsi üçün gözləmə siyahısında olduğunu bildirib. Qeyd edək ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.