Yəmənin paytaxtında sel 3 nəfərin həyatına son qoydu
Yəmənin paytaxtı Sənada güclü yağış sel və daşqınlara səbəb olub. Maide.Az “almasirah”ə istinadla xəbər verir ki, Səna şəhərinin meri Həmud İbad ildirib ki, ötən gecə yağan güclü yağış şəhərin bəzi məhəllərində infrastruktura ziyan vurub. Onun sözlərinə görə, sel nəticəsində 3 nəfər həyatını itirib. Evlərə və mağazalara ziyan dəyib. Selin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər görülür.