Maide.az

Yəmənli lider Səudiyyə Ərəbistanına təklif verdi

Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi Səudiyyə Ərəbistanında baş verən iqtisadi böhrana münasibət bildirib. Məhəmməd Əli əl-Husi açıqlamasında vurğulayıb ki, Səudiyyə Ərəbistanı iqtisadiyyatını xilas etmək üçün müharibəni dayandırmalıdır. "Muzdlu döyüşçülərə xərclənən pullar dayandırılsa iqtisadiyyatları düzələr. Onlar bütün güclərini Yəmən xalqını məğlub etməyə yönəldiblər", - deyə Məhəmməd Əli əl-Husi diqqətə çatdırıb. O, qeyd edib ki, Səudiyyə Ərəbistanı səsləndirilən bir çox təkliflərə məhəl qoymadan hücumları da dayandırmır. /eastnews.org/