Maide.az

Yəmənə edilən hücumlara görə cavab veriləcəyi qeyd olundu

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya əs-Səri Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin ölkəyə hücumlarından danışıb. Yəhya əs-Səri vurğulayıb ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri ötən həftə Yəmənə yüzlərlə dəfə hücum reallaşdırıb. "Biz bütün hücumlara cavab verəcəyik. Bu bizim ən fundamental haqqımızdır", - deyə Yəhya əs-Səri diqqətə çatdırıb. O, qeyd edib ki, atəşkəs razılaşması olamsına baxmayaraq işğalçılar hücumları dayandırmırlar.  /eastnews.org/