Maide.az

Yəməndə Müdafiə nazirinin olduğu qərargahda partlayış olub

Yəmənin Maarib vilayətində Müdafiə Nazirliyinin müvəqqəti qərargahında partlayış törədilib.    APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” vilayətdəki yerli mənbəyə istinadən məlumat yayıb.   Hadisə nəticəsində 2 hərbçi ölüb, xəsarət alanlar var.   Partlayış zamanı qərargahda görüş keçirən Yəmənin Müdafiə naziri Məhəmməd Əli əl-Makdaşi isə sağ qalıb.