Maide.az

Yəməndə zərərsizləşdirilmək istənən bomba partladı; 4 ölü

Yəmənin Hadramut rayonunda zərərsizləşdirilmək istənən bomba partlayıb. Olay nəticəsində 1-i Səudiyyə Ərəbistanı ordusu polkovniki olmaqla, 4 hərbçi ölüb, 6 hərbçi yaralanıb. Hadisə Hadramutun Şibam rayonunun Vadi ibn Əli bölgəsində baş verib. Partlayışda ölən hərbçilərdən 2-nin də yəmənli olduğu bildirilib. /eastnews.org/