Maide.az

Yəməndə vəbaya görə fövqəladə vəziyyət elan edilib

Yəməndə sürətlə yayılan vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.   Maide.Az "FaktXeber.com"-a istinadla xəbər verir ki,  bu barədə Saba agentliyi xəbər verib.   Artıq paytaxt Sanadakı bütün məktəblər bağlanılıb.   Qeyd edək ki, bundan əvvəl UNICEF və ÜST 2019-cu il başlayandan bəri epidemiyanın sürətlə yayıldığını, martın17-nə qədər atıq 109 min nəfərin vəbaya yoluxduğunu, 190 min nəfərin də həyatını itirdiyini bəyan etmişdi.   ÜST nümayəndəsi epidemiyanın belə sürətlə yayılmasını ölkədə su problemi ilə əlaqədar olduğunu bildirib: «Ölkədə tullantıların utiliyzasiyası problemi var, bir sıra rayonlarda kanalizasiya yoxdur, çirkab suları suvarma və başqa məqsədlərlə istifadə olunur. Bütün bunlar ehtimal ki, vəbanın yayılmasını daha da sürətləndirib».