Maide.az

Yəmənin Hudeyda şəhərində atəşkəs qüvvəyə mindi

Yəmənin Hudeyda şəhərində toqquşan tərəflər arasında atəşkəs haqqında saziş qüvvəyə minib.   Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, BMT-nin himayəsi altında İsveçdəki danışıqlarda yəmənli tərəflər arasında nail olunan razılaşma əsasında 18 dekabr Hudeydada yerli vaxtla 00.00-dan etibarən atəşkəs qüvvəyə minib.   Yəmən xalqı üçün həyatı əhəmiyyət daşıyan Hudeyda limanı və şəhəri üçün razılığa gəlinən müqaviləyə görə, BMT-nin limanda lider rolunu üzərinə götürməsi, Yəmənə humanitar yardımların yolunun açılması və beləliklə milyonlarla yəmənlinin həyat şərtlərinin yaxşılaşdırılması gözlənilir.   Dekabrın 17-si şəhərdə Səudiyyə rejimi və tərəfdaşları ilə Ənsarullah arasında son bir həftədir yaşanan qarşıdurmalar alovlanmışdı.   Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-salam Əl-Cəzirə telekanalına verdiyi açıqlamasında, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Hudeydada atəşkəs müqaviləsinin başlamasından əvvəl hava hücumlarını artırdığını deyib.   Sözçü Hudeydadakı atəşkəs müqaviləsinin Yəmən millətinin uğuru olduğunu açıqlayıb.   Məhəmməd Əbdüs-salam şəxsi Twitter səhifəsindən verdiyi açıqlamasında, Ənsarullah hərəkatının Stokholmda nail olunan razılaşmaya sadiq qalacağını bildirib.   O, bu müqavilə ilə Hudeydadakı hərbi əməliyyatların dayandırılacağını, Taizzdə isə sabitliyin bərqərar olacağını vurğulayıb.