Maide.az

Yəmənə son 12 saat ərzində 35 dəfə aviazərbə endirildi

Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi ölkəsinə hücumların artmasına cavab verib.   "BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffithsin ölkəmizə səfərindən sonra hücumların artması işğalçıların mahiyyətini ortaya qoydu", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.   Yəmən rəsmisi vurğulayıb ki, işğalçılar hücumlarla danışıqlara xəyanət edirlər.    "Son 12 saat ərzində Hudeyda şəhəri 35 dəfə aviazərbəyə məruz qalıb", - deyə Məhəmməd Əli Husi qeyd edib.  /eastnews.org/