Maide.az

Yəmənli zəvvarların olduğu avtobus yanıb: Ölən və yaralananlar var

Yəmənin  cənubunda Abya  əyalətində  Əl-Urkub rayonunda Məkkədən qayıdan zəvvarlarla dolu olan avtobus yanıb.   Maide.Az "FaktXeber.com-a istinadla xəbər verir ki, nəticədə 2 nəfər həlak olub, 36 nəfər yaralanıb.   Bildirilir ki, avtobusda Səudiyyə Ərəbistanında Həcc əməlləri həyata keçirən inanclılar olub. Zərərçəkənlər hazırda xəstəxanalar yerləşdiriliblər. Onların həyatı üçün heç bir təhlükə olmadığı deyilir.