Maide.az

Yəməndə minlərlə xəstənin həyatı təhlükədə

Yəmən Səhiyyə Nazirliyinin verdiyi açıqlamada Səudiyyə Ərəbistanın başçılıq etidyi koalisiyanın  təcavüzü nəticəsində  7 min böyrək çatışmamazlığından əziyyət çəkən  xəstənin  həyatı təlükədədir.    Maide.Az “RT Arabic”ə istinadən xəbər verir ki, Nazirlik  böyrək çatışmamazlığından əziyyət çəkən 7 min yəmənlinin  çox ciddi  təhlükələrlə üz-üzə qaldığını diqqətə çəkib.    Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində çox sayda uşaq və qadın həyatını itirib.    Yəmənin mühasirəsi nəticəsində dərman preperatları çatışmamazlığı yaranıb. Bu da 1200-dən çox böyrək xəstəsinin ölümünə səbəb olub.   Hazırda tibbi təchizat və dərman çatışmamazlığına görə 7 min nəfərdən çox böyrək xəstəsi olan yəmənli vaxtında dializ ola bilmir.