Yəmənə növbəti təcavüz: dinc əhali öldürüldü
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri bu gün səhər Yəmənin Həccə vilayətinə aviazərbələr endirib. Maide.Az Yaxın Şərq mənbələrinə istinadən xəbər verir ki, hadisə zamanı 18 mülki şəxs ölüb, 13 nəfər yaralanıb. Yəmən Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, aviazərbələr neft şirkətlərindən birinin ofisinə endirilib. Ölən və yaralanan şəxslərin hamısı orda çalışan əməkdaşlar, habelə yaxınlıqda olan dinc sakinlər olub. Qeyd edək ki, koalisiya qüvvələri tez tez Yəməndə mülki obyektləri atəşə tutur. Beynəlxalq ictimaiyyətin qınaqlarına məhəl qoymayaraq öz təcavüzkar siyasətini davam etdirir.