Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb
Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb. Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzünün cavabında yəmənlilərin atdığı raket Krallığın cənubundakı Nəcran qəsəbəsinə düşüb. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 3 ilə yaxındır ki, Yəmən sabiq prezidenti Mənsur Hadini təkrar iqtidara gətirmək məqsədilə Yəmənə təcavüzü davam edir. Səudiyyə rejiminin başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək 10 min Yəmənli həyatını itirib və 21233 yəmənli isə yaralanıb. On minlərlə insan evlərindən didərgin düşüb. BMT- nin verdiyi hesabata görə, Yəməndə tibbi ocaqları və xəstəxanaların dağılması,işləməməsi və tibbi avadanlıq çatışmamazlığılna görə, 15 milyon yəmənli tibbi xidmətlərdən məhrumdur. Yəmənlilər sağlam qidalanmadığı üçün hazırda 3 milyon nəfər insan vəba xəstəliyinə yoluxma təhlükəsi ilə üz-üzədir.