Yəhudi professor: İsrail Fələstində hərbi cinayət törədir (VİDEO)
Amerikalı siyasətçi, professor dr. Norman Finkelstein işğalçı İsrailin Qəzzanı mühasirədə saxlamasını kəskin tənqid edib. Maide.Az bildirir ki, FaktXeber.com-un məlumatına görə, politoloq Kolumbiya Universitetində çıxışı zamanı İsralilin mühasirəsi ilə Qəzzada yaranan humanitar böhrana diqqət çəkib. «Qəzza xarici aləmlə ayrılmış vəziyyətdədir və sürətlə yaşanması mümkün olmayan bir hala gəlir», - dedi. İsrailin 2008-ci ildə «Qurğuşun» və 2014-cü ildə «Qoruyucu sərhəd» adı altında Qəzzada başlatdığı əməliyyatlarda Fələstindəki mülki vətəndaşlara qarşı hücumlardan danışan Finkelstein İsrailin Fələstində hərbi cinayət işlədiyini bildirib. O, çıxışı zamanı BMT və hüquq müdafiə təşkişlatlarını Fələstində mülki vətəndaşlara qarşı hücumlara ehtiyatla bəyanat vermələrini sərt şəkildə tənqid edib. Politoloq Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarının da o qədər əhəmiyyətli olmadığını vurğulayıb: «Bu, bir nəfərin vermiş olduğu qərardı, həmin adam da Trampdır. Qərara təşkilati dəstək yoxdur, buna görə, nəticə verəcəyini düşünmürəm. Hətta Trampın bu qərarı əks reaksiyaya səbəb olub. Beynəlxalq toplum bu qərarı qəbul etməyib». Finkelstein İsrailin baş naziri Binyamin Netanyahunu da irqçi adlandırıb.