Yəməndə 11 milyon uşaq fəlakətlə qarşı-qarşıya
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) Yəməni dünyada uşaqların yaşaması üçün ən pis yer kimi təsvir edib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan rejiminin Yəmənə təcavüzü nəticəsində bu ölkədə içməli su problemini böhran vəziyyətinə çatdırıb. YUNİSEF Səudiyyənin başlatdığı müharibə nəticsəində təmiz içməli su borularının partladıldığını və içməli su tapmağın mümkinsiz olduğunu bildirib və qeyd edib ki, bu da müxtəlif xəstəliklərə səbəb olur. YUNİSEF Yəmənə təcili humanitar yardım çağırışı edib. Yəməni dünyada uşaqların yaşaması üçün ən pis yer kimi təsvir edən YUNİSEF qeyd edib ki, daha çox yardım çatdırılmazsa 11 milyon uşağın fəlakətlə qarşı-qarşıya qalacağı xəbərdarlığını verib. YUNİSEF son iki il yarımda Yəməndə ağır yaralanan və ölən uşaqların sayının 5 min nəfəri keçdiyini, 2 milyon uşağın qeyri-kafi bəsləndiyini qeyd edib. YUNİSEF 600 min uşağın difteri kimi bəzi yolxucu xəstəliklərə qarşı peyvənd olunmaq üçün gözlədiklərini vurğulayıb.