Maide.az

Yəmən bombalandı - 14 ölü

Təcavüzkar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənə hava zərbələri endirib.   “Qafqazinfo” xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.   Məlumata əsasən, hava zərbələri ölkənin qərbindəki Əl-Hudeydə vilayətindəki Tuhayt yaşayış yaxınlığındakı fermaya  endirilib. Nəticədə 14 nəfər həlak olub.   İlkin ehtimala görə, ölənlərin hamısının bir ailənin üzvüdür.