Yəməndə 380 min uşaq kəskin qeyri-kafi qidalanmadan əziyyət çəkir
Yəməndə 5 yaşından aşağı 380 min uşaq kəskin qeyri-kafi qidalanma problemi ilə qarşılaşıb. UNICEF-in Yəməndəki nümayəndəliyinin Twitter-dəki səhifəsində yerləşdirilən açıqlamada, kəskin qeyri-kafi qidalanma ilə mübarizə aparmağa məcbur olan yəmənli uşaqların təhlükə altında olduğu vurğulanıb: “Ölkədəki hadisələr baş verməmişdən əvvəl, yəni 2014-cü ilin göstəricilərinə görə, bu rəqəm 160 min idisə, 2015-də 210 min, 2016-da 360 min, indi isə 380 mindir. Açıqlamada Yəməndə milyonlarla insanın aclıq təhlükəsilə üzləşdiyi, ölkədə 5 yaşından aşağı təxminən 3 milyon uşağın da qeyri-kafi qidalanmadan əziyyət çəkdiyi bildirilib.(deyerler)