Maide.az

Yəməndə onlarla ABŞ əsgəri məhv edildi

Yəmənin Məarib əyalətində amerikalı qüvvələrlə Yəmən tayfaları arasında gedən döyüşlərdə onlarla amerikalı əsgər öldürülüb.   Yəmənin tayfa qüvvələrinin mayın 23-də səhər saatlarında Məarib əyalətində Xatla kəndinə qarşı təşkil etdiyi hücumda 30 amerikalı əsgər və xeyli sayda Səudiyyə rejiminin muzdlu döyüşçülərinin öldürüldüyü bildirilib. Hücumda ən azı 7 amerikalı əsgər də yaralanıb.   Yerli mənbələr Yəmənin tayfa qüvvələrinin əməliyyatının amerikalı əsgərlərin Ərəb yarımadası Əl-Qaidə (AQAP) terror təşkilatı bəhanəsilə əvvəlcədən kəndə etdiyi hücuma cavab olaraq, həyata keçirildiyini qeyd ediblər. Açıqlamada bu kənddə AQAP yaraqlılarının olmadığı da bildirilib.   ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığından verilən açıqlamada isə, Yəməndə 3 helikopterlə keçirilən əməliyyatda 7 AQAP üzvünün öldürüldüyü qeyd olunsa da, amerikalı əsgərlərin öldürülməsi barədə heç bir məlumat verilməyib. (deyerler) /